AZ

Azyaşlı faciəyə səbəb oldu: 64 yaşlı qadın yanaraq öldü

4 yaşlı uşağın kibritlə oynaması fəlakətlə nəticələnib. 

Olaylar.az xəbər verir ki, Rusiyanın İrkutsk vilayətinin Boxanski rayonunda uşağın kibritlə oyunu fərdi evdə yanğınla başa çatıb. Bu barədə rayon Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, İrkutsk vilayətinin Taras kəndində dörd yaşlı uşaq böyük qardaşı ilə oynayarkən kibrit yandıraraq döşəməyə atıb. Bu isə yanğınla nəticələnib.

Otaqda 64 yaşlı qadın qalıb. Digər uşaq nənəsini tüstü basmış otaqdan çıxara bilməyib, qadın huşunu itirib. 

Yanğınsöndürənlər gələnə kimi ev tamamilə yanıb, yaşlı qadını xilas etmək mümkün olmayıb. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
Mənbələr
Şərh ()
Bağla