AZ

İrlandiyada insanı çarmıxa çəkiblər

Şimali İrlandiyanın Başmils şəhərində naməlium şəxslər bir kişini iki əlindən hasara “mıxlayıblar”. Adı açıqlanmayan şəxs Yanğınsöndürmə və Xilasetmə Xidməti tərəfindən çarmıxdan xilas edilib.
Sosial.tv BBC-yə istinadla xəbər verir ki, polis cinayətin yarım hərbi qruplaşmalar tərəfindən siyasi məqsədlə törədilməsindən şübhələnir. Şimali İrlandiya polisinin məlumatına görə zərərçəkmiş həyatı üçün təhlükə yaratmasa da ciddi xəsarətlər alıb. Hadisə yerində iki avtomobil yandırılıb. Onlardan biri zərərçəkənə məxsusdur. Bundan başqa, yaxınlıqdakı tualetin divarlarına cinayətlə əlaqəli olan qraffiti çəkilib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla