AZ

SON DƏQİQƏ - Bayden Mişel Obamanın xeyrinə namizədliyini geri götürəcək

ABŞ-dan ŞOK iddia – Bayden Mişel Obamanın xeyrinə namizədliyini geri götürəcək.
ABŞ-da demokratlar arasında qarşıdan gələn prezident seçkilərində hazırkı prezidenti Co Baydenin keçmiş birinci xanım Mişel Obamanın xeyrinə namizədliyini geri götürəcəyi ilə bağlı şayiələr yayılıb.
Sosial.tv xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel jurnalı yazıb.
ABŞ-da qarşıdan gələn seçkilərdə belə dönüşün mümkünlüyü o qədər ciddi müzakirə olunur ki, Demokratlar Partiyası sosioloji sorğularına müvafiq sualı daxil edib. Bukmeker kontorları da Mişel Obamanı noyabrda keçiriləcək prezident seçkilərində potensial namizədlərdən biri kimi görür.
Öz növbəsində Mişel Obama siyasətə qarışmaq istəmədiyi “çirkli iş” hesab etdiyini deyib. Spiegel keçmiş xanımın populyarlığını qismən bununla əlaqələndirir.
Obamaya marağın artması həm də onunla izah olunur ki, “ABŞ tarixində heç vaxt bu qədər populyar olmayan iki namizəd qarşı-qarşıya gəlməyib”.
Bu arada, CNN-in son sorğusuna əsasən, seçicilərin 49%-I Donald Trampı dəstəkləyir. Co Baydeni dəstəkləyənlərin sayı isə yanvarda qeydə alınmış 45%-dən 43%-ə düşüb.  
Bu arada “Financial Times” qəzeti “Donald Trampın yenidən hakimiyyətə gəlməsinin qlobal Qərbin mövcudluğunun sonu olacağı” barədə məqalə dərc edib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla