AZ

Türkiyənin ixracı sanksiyalara görə hədəfdən aşağı düşə bilər

"Türkiyənin İsrailə qarşı ticarət sanksiyaları tətbiq etməsi ölkənin bu ilin sonuna ixrac hədəflərini əldən buraxmasına səbəb ola bilər".

İqtisadiyyat.az xəbər verir ki, bunu “Ekonomi” qəzetinə Türkiyə İxracatçılar Birliyinin sədri Mustafa Gültəpə deyib.

“Biz azad ticarətin tərəfdarıyıq, buna baxmayaraq, Qəzzada bir qırğın var, buna görə də hökumətimizin qərarına hörmətlə yanaşırıq. İsrailə 75-80% ixrac yönümlü olan şirkətlərin ümumi itkilərini ödəmək asan olmayacaq və ilin sonunda ixrac hədəfdən aşağı ola bilər”, - deyə o qeyd edib.

Bazarın digər iştirakçıları bildiriblər ki, İsrailə qarşı ticarət embarqosu fonunda bir çox şirkət ümidsiz şəkildə ticarət üçün yeni istiqamətlər axtarır.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla