AZ

Ursula von der Leyen: Çin və Aİ-nin təhlükəsizlik məsələsində ortaq maraqları var

Çin ilə Avropa İttifaqının sülh və təhlükəsizlik məsələsində ortaq maraqları var.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Parisdə keçirilən üçtərəfli görüşdə deyib.

O bildirib ki, Aİ və Çin yaxşı əlaqələrin olmasını istəyir və istər Avropada, istər Yaxın Şərqdə, istərsə də Şərqi Asiyadakı böhranları nəzərə alaraq, hər ikisi qaydalara əsaslanan beynəlxalq nizamın səmərəli fəaliyyətini dəstəkləyir.

"Biz Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin dayandırılmasında, ədalətli və davamlı sülhün əldə olunmasına qərarlıyıq", - Aİ rəsmisi vurğulayıb.

Avropa Komissiyasının Prezidenti həmçinin Çinlə ticarət tərəfdaşlığına da toxunaraq vurğulayıb ki, bazarlara bərabər imkanların təmin edilməsi vacibdir.

Xatırladaq ki ÇXR Sədri beş illik fasilədən sonra Avropaya səfər edib, o, regiona səfəri çərçivəsində Fransa, Serbiya və Macarıstanda görüşlər keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla