AZ

Məşhur aktyor Nikolas Keycin oğlu anasını döyüb

Məşhur kino aktyoru Nikolas Keycin oğlu Ueston Keyc anası Kristina Fultonu döyməkdə ittiham olunub.

Azpost.info bildirir ki, bu barədə mənbələr TMZ-yə bildiriblər. Qeyd edilib ki, Ueston Fultonun adı Los-Ancelesdəki evində baş verən hadisə ilə bağlı hesabatda şübhəli şəxs kimi çəkilib.

Mənbənin nəşrə verdiyi məlumata görə, ana və oğul arasında iddia edilən dava mübahisə ilə başlayıb və sonra tez bir zamanda fiziki zorakılığa çevrilib.

Təcili yardım çağırılsa da, qadın xəstəxanaya aparılmayıb.

Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanları işin ağır cinayət hesab edilib-edilməyəcəyini müəyyənləşdirir.

Bununla belə, oğul saxlanılmayıb, çünki 33 yaşlı Ueston polis gələnə qədər yoxa çıxıb.

Fulton mübahisə iddialarını rədd edib və məxfilik hüquqna istnad edib.  Bazar günü onun parkinqdə çəkilmiş fotosunda Kristinanın üzündə qançırlar görünüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla