AZ

“Rusiya ilə bağlı nə demişəm düz demişəm…” –Ermənistan parlamentinin sədri

Ermənistan parlament sədrinin Rusiya siyasəti ilə bağlı bəyanatları ilə bağlı Rusiya Federasiya Şurasının məktubuna cavab verilib.

Azpost.info bildirir ki, bu barədə mayın 6-da Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

Spikerin sözlərinə görə, o, Rusiya tərəfinə nə cavab verildiyindən xəbərdardır, lakin təfərrüatları açıqlamayıb. “Bu barədə danışmayacağam. Bu mənim işim deyil. Mən öz verdiyim bəyanata cavabdehəm. Nə demişəmsə düz demişəm, yerində demişəm. Bu gün də, həmişə bunu deməyə hazıram”. – Simonyan bildirib.

Alen Simonyan kimin adından Rusiyanı tənqid edən bəyanatlar verdiyini soruşduqda, spiker sərt reaksiya verib: “Bu nə deməkdir? necə yəni kimin adından? Mən birbaşa mandatla seçilən insanlardan biriyəm. Əgər bəzi ölkələrdə hakimiyyət xalqı təmsil etmirsə, bu, onların problemidir”.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko spiker Alen Simonyanın “anti-Rusiya” bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğunun hazırlanaraq göndərilməsi barədə göstəriş verib.

Xatırladaq ki, Aİ ölkələrinin parlament sədrlərinin İspaniyada keçirilən konfransında Simonyan bildirib ki, Ermənistan Ukraynanın, eləcə də Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla