AZ

ABŞ səfiri Şuşada Aydın Kərimovla görüşdü - FOTO

ABŞ səfiri Mark Libby Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfir Libby Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

"Onlar, həmçinin, regionun yaşıl enerjisini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər", - bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
23
Mənbələr
Şərh ()
Bağla