AZ

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb

Bu gün 2024/2025-ci tədris ili üçün musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb.

"Operativ Media" xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki həmin məktəblərə şagird qəbulu ilk dəfə olaraq elektron qaydada həyata keçirilir.

Mayın 6-sı 12:00-dan start götürən qəbul prosesi "my.culture.az" vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcək.

Qeyd edək ki, 6-31 may tarixlərində tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
19
Mənbələr
Şərh ()
Bağla