AZ

Müəllimlərin yerdəyişməsi əvvəllər narazılıq yaradırdı — AÇIQLAMA

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin (23-29 aprel) vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla 1348 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında müəllimlərin yerdəyişmə etməsinin səbəblərinə toxunub.

O qeyd edib ki, müəllimlərin iş yerlərini dəyişməsinin bir neçə səbəbi var:



“Ailə məsələlərindən dolayı, övladlarının təhsil aldığı məktəb və özünün işlədiyi məktəb fərqli olduğu zaman, həyat yoldaşının fərqli bir şəhərdə çalışması kimi səbəblər ola bilər. Bir başqa məsələ isə daha yaxşı, daha prestijli məktəblərdə fəaliyyət göstərmək istəyən müəllimlər bəzən daha aşağı balla regionlara düşür. Daha sonra isə paytaxtda təhsil sistemi, keyfiyyəti müsbət olan təhsil müəssəsinə keçmək şansları yaranır. Bu da əslində, alqışlanmalıdır. Çünki müəllimlər öz üzərində işləyib, daha yaxşı hədəflərə, daha yaxşı göstərəcilərə nail olurlar. Əvvəl bu proses qarışıq idi. İndi isə müəyyən qanuna uyğunlaşdırılıb. Əvvəl bu cür yerdəyişmələr kortəbii olurdu. Bu zaman da narazılıqlar, şikayətlər yaranırdı. Yerdəyişmə müəllimin pedaqoji fəaliyyətinə müsbət təsir göstərir. Bəzən yeni kollektiv, yeni ab-hava pedaqoji göstəriciləri artıra bilər”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla