AZ

Ermənistanda və Gürcüstanda keçirilən etiraz aksiyaları Azərbaycana necə təsir edəcək? - ŞƏRH

Ermənistanda və Gürcüstanda keçirilən etiraz aksiyaları Azərbaycana necə təsir göstərə bilər? Cənubi Qafqazda yenidən gərginlik yaradılır və bunun arxasında hansı qüvvələr dayanır?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirdi ki, Ermənistanda və Gürcüstanda vəziyyətin gərginləşməsinin fərqli səbəbləri mövcuddur. Onun sözlərinə görə, İrəvanda Baş Nazir Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində apardığı siyasəti qəbul etməyən qüvvələr, xüsusilə, Qarabağ erməni klanının tör-töküntüləri Baş Nazirə qarşı əllərində olan imkanlardan istifadə etməyə çalışırlar:

"Əsas məqsədləri hakimiyyəti devirmək və ölkənin siyasi kursunu dəyişmək və Azərbaycanla münasibətlərin normallaşdırılmasının qarşısını almaqdır. Gürcüstanda isə 2014-cü il Ukraynada baş verən Maydan hadisələrinin təkrarı baş verir. Orada da Yanukoviç hökumətinin Avropa ilə inteqrasiyasına qarşı çıxması xalq kütlələrinin küçələrə tökülməsi və hakimiyyəti devirməsi ilə nəticələndi. Amma sonradan hakimiyyətə gəlmiş qüvvələrin Avropa və NATO ilə birləşməyə can atmaları Rusiyanın bu ölkəyə hücuma keçməsi ilə nəticələndi. Ukraynanın hazırki vəziyyəti göz önündədir. Düşünmürəm ki, hər hansı bir ölkə onun yerində olmağı arzulasın. Gürcüstanda da hakimiyyətdə olan "Gürcü arzusu" partiyasının Avropa İttifaqı ilə nəzərdə tutulan yaxınlaşmaya qarşı çıxması və buistiqamətdə real addımlar atması xalqın növbəti dəfə küçələrə tökülməsi ilə müşayiət olunur.

Bu çıxışların nə ilə nəticələnəcyini proqnozlaşdırmaq mümkün olmasa da "Gürcü arzusunun" arzusuna çıxacağını gözləmək olar. Yəni onlar parlamentə təqdim etdikləri "Rusiya qanununu" təsdiq etdirəcək və bununla da Avropa İttifaqı institutları ilə yaxınlaşma prosesini donduracaqlr. Narazı qüvvələrin ayağa qalxması iqtidara ciddi təsir göstərməyəcəyini düşünürəm. Bu iki Cənubi Qafqaz Respublikasında vəziyyətin öz məcrasından çıxması, regiona heç də yaxşı heç nə vəd etmir. Bu hadisələrin təsiri təkcə regionda deyil, regiona yaxın olan dövlətlərdə də öz təsirini göstərəcək. Biz isə hadisələrin istənilən istiqamətdə inkişafına hazır olmalıyıq".

Oğuz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla