AZ

“Amma bir məqam dəqiqdi ki, bu gün Bəhlulun hansısa daha yaxşı variantı olsaydı...” – menecer

“Futbol+”in ümummilli sorğusunda 2023-cü ilin ən yaxşı futbolçusu seçilən Bəhlul Mustafazadə “Qarabağ”la müqaviləsinin müddətini uzadıb.

“Football-plus.az” xəbər verir ki, 27 yaşlı müdafiəçi klubla müqavilə müddətini daha 3 il artırıb, yəni 2027-ci ilin yayına qədər Ağdam təmsilçisinin heyətində forma geyəcək.

Diqqətimizi çəkən məqam Bəhlulun legioner həyatı yaşamaq istəyidi. Belə ki, o, dəfələrlə bu istəkdə olduğunu deyib. Hətta cari mövsümdə bir sıra Avropa klublarının ona ciddi maraq göstərməsiylə bağlı xəbərlər də gündəmdə idi. Görəsən, Bəhlul bu addımla həqiqətən növbəti üç ili “Qarabağ”da keçirmək istəyir, yoxsa təklif gələcəyi təqdirdə azad agent kimi yox, “Qarabağ”ın futbolçusu kimi komandadan ayrılmaq, eyni zamandaklubuna pul qazandırmaq niyyəti güdür? Bu suala cavab tapmaq üçün menecer Tural Əsgərovla danışdıq:

“Bu suala ən doğru cavabı, yəqin ki, elə Bəhlul verə bilər. Bəhlulla heç bir münasibətim yoxdu deyə, mənim cavab verməyim düzgün sayılmaz. Amma bir məqam dəqiqdi ki, bu gün Bəhlulun hansısa daha yaxşı variantı olsaydı, ona da üstünlük verərdi. Yəqin hardansa təklif olubsa da, bunlar “Qarabağ”ın təklifindən daha az maraq kəsb edib. Bu üzdən də “Qarabağ”la müqavilə müddətini uzatmağa qərar verib”.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla