AZ

Si Tsinpinin Fransa səfəri nələri vəd edir? - ARAŞDIRMA

Çinin baş katibi Si Tsinpin Avropa ölkələri səfərinə Fransadan başlayıb.

Ednews xəbər verir ki, Tsinpin fransalı həmkarı ilə dünyanın gündəm məsələlərini müzakirə edib. Prezident Makron Çinin Rusiya-Ukrayna müharibəsində tərəfsiz mövqe tutmasını münasibətlər üçün daha faydalı olacağını bildirdi.

Qeyd edək ki, Makron Pekinin Rusiyaya verdiyi iqtisadi-hərbi yardımlardan narahat olduğunu açıq şəkildə ifadə edib. Tsinpinin sözlərinə görə, Çin hələ müharibənin əvvəllərində Rusiyanın Ukraynanı işğal etməsini qınayıb və müharibənin dayandırılması tələb edib.

Buna baxmayaraq, Fransa Çindən Moskvaya müharibədə kömək etməməsini bir daha təklif edib.

Çin-Fransa münasibətləri iqtisadi zonada kifayət qədər artım göstərməkdə olsa da, Fransa prezidenti Tsinpindən Çinin ticarət sahillərini ölkə gəmilərinin üzünə açılmasını təklif edib.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla