AZ

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılması iqtisadiyyata nə verəcək? - ŞƏRH

Bakı. Trend:

Xəbər verdiyimiz kimi,“Azərbaycan Respublikası Hökuməti iləTürkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərəmünasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidənyayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsibarədə qanun imzalanıb.

Sənədə əsasən, 2024-cü il fevralın 19-da Ankara şəhərindəimzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə TürkiyəRespublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdəikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanınqarşısının alınması haqqında Saziş” təsdiq edilib.

Bu saziş iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirir.Vergi təşviqi və vergidən yayınmanın qarşısının alınması,şirkətlərə daha çox investisiya etmək və iştirak etmək imkanıyaradır. Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərsahəsindəki bu sazişin, iqtisadi əməkdaşlığı gücləndirəcəyini vəiki ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyini gözləməkmümkündür.

Məsələni Trend-ə şərh edən iqtisadçı ekspert Eldəniz Əmirovbildirib ki, Türkiyə ölkəmizin belə saziş bağladığı 56-cı ölkəoldu.

"Sazişə əsasən qeyri-rezidentlər bir ölkənin ərazisindəfəaliyyət göstərib gəlir əldə edərkən həmin ölkəninqanunvericiliyində nəzərdə tutulmuşa qədər vergi verir. Daha sonraöz ölkəsinin qanunvericiliyi ilə nəzərdə tutulmuş gəlir vergisiverir. Bu saziş imzalandıqda isə həmin qeyri-rezident öz ölkəsinədöndüyü zaman ölkəsində bu vergidən azad olur. Yəni, qeyri-rezidentbir dəfə vergi verir. Bu isə birmənalı olaraq hər bir ölkə üçünsahibkarlıq fəaliyyəti ilə məşğul olmağa münbit şərait yaradan əsasfaktorlardan biridir. Əsas da xarici sahibkarların(qeyri-rezidentlərin) ölkədə fəaliyyətini stimullaşdırır. Bu qanuntürk iş adamlarının qeyri-rezident olaraq fəaliyyətinistimullaşdıracaq. Eyni zamanda Azərbaycan sahibkarların dafəaliyyəti stimullaşdırılacaq. Bu hər iki ölkə üçün ticarətdövriyyəsinin artımına, investisiya mühitinin yaxşılaşmasına,məşğulluğun artırılmasına öz töhfəsini verəcək", - deyə o, qeydedib.

Azərbaycanla
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
Mənbələr
Şərh ()
Bağla