AZ

Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır - Simonyan

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıprosesi tezliklə başa çatmalıdır.

Trend xəbərverir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen SimonyanAzərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıda keçiriləcəkgörüşü ilə bağlı jurnalistlərə deyib.

"Ümid edirik ki, baş verənlər bu prosesin çox tezliklə başaçatacağına dair daha bir siqnaldır", - o deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləriCeyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatışəhərində görüşəcək. Belə ki, bu barədə Azərbaycan XİN-in sözçüsüAyxan Hacızadə sosial media hesabında paylaşım edib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan PrezidentiKasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlarüçün platforma təklif etmişdi.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla