AZ

Mirzoyan Almatı görüşündən danışıb

Ermənistan Almatıda danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun açılması məsələsini müzakirə etmək niyyətindədir.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan macar həmkarı Peter Siyarto ilə birgə brifinqdə deyib.

“Biz nəqliyyat infrastrukturunun açılmasında maraqlıyıq. Hələlik ümumi razılaşma yoxdur, amma bizim niyyətimiz bu məsələnin məhdudiyyət olmadan reallaşmasıdır”, – Mirzoyan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
3
Mənbələr
Şərh ()
Bağla