AZ

Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb

Lənkəranda

Lənkəran şəhəri ərazisində lotoreya satışı ilə məşğul olan obyektlərdən daxil olmuş müraciətlər əsasında Lənkəran polisinin keçirdiyi tədbirlər nəticəsində Yevlax rayon sakini əvvəllər məhkum olunmuş Ağəli Əliyev saxlanılıb.

1news.az xəbər verir ki, həmin şəxs lotoreya satılan 2 mağazaya özünün əvvəlcədən hazırladığı saxta "uduşlu" lotoreyaları təqdim edərək müxtəlif uduş məbləğləri alıb.

Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitə aludəçisi olduğu da aşkarlanıb.
A.Əliyevin hazırda respublikanın digər şəhər və rayonlarında da analoji əməli törətməsi araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
12
Mənbələr
Şərh ()
Bağla