AZ

“Neftmaş-Tikinti” MMC-yə çevrilir, əmlakları bölünəcək

“Neftmaş-Tikinti” ASC səhmdarlarının ümümı yığıncaqı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 23-də keçirilməsi nəzərdə tutulub.

Yığıncaqın gündəliyinə aşağıdakı məsələ daxil edilib:

1. “Neftmaş-Tikinti” ASC-nin gündəliyinin təsdiqi.

2. ASC-nin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarının müzakirəsi, maliyyə hesabatlarının təsdiq edilməsi.

3. Əsas səhmdarların paylarının nisbətində əmlakların mütənasib bölünməsi.

4.Müəssisənin ASC-dən MMC-yə çevrilməsi.

5.Diqər məsələlər. 

Xatırladaq ki, “Neftmaş-Tikinti” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94546 manatdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla