AZ

Bitcoin bazarda öz mövqeyini bərpa edir

ABŞ-da Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini azaltma ehtimalını artıracağına dair iddialar əsas kriptovalyutaların qiymətlərinin artmasına səbəb olub.

Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (29 aprel -3 may, 2024)

FED.az xəbər verir ki, bazar dəyərinə görə ən böyük kriptovalyuta olan Bitcoin 1,5% artaraq 64 340 dollara, ikinci ən böyük rəqəmsal token olan Ethereum isə 3% artaraq 3 184 dollara yüksəlib.

Digər məşhur altkoinlərin də qazanc əldə edib. Belə ki, BNB 1,9%, Solana 2,8%, XRP 1,3%, Dogecoin 2,2%, Toncoin 6,8%, Shiba Inu 1,4% və Polkadot 4,5% artıb.

Bu, artımlar ümumilikdə kriptovalyuta bazarında yüksəliş trendini əks etdirə bilər.

CoinSwitch Ventures-in Baş İnvestisiya Direktoru Parth Çaturvedi, “Kripto bazarı keçən həftəki tənəzzüldən sonra yenidən yüksəldi, bu, ABŞ-ın FED fazi dərəcələrini azaldacağı ilə əlaqəlidir” deyə vurğulayıb.

CoinMarketCap məlumatlarına görə, bütün sabit koinlərin həcmi hazırda 44,5 milyard dollar təşkil edir ki, bu da ümumi kriptovalyuta bazarının 24 saatlıq həcminin 90,46%-ni təşkil edir.

Qeyd edək ki, son 24 saatda dünyanın ən böyük kriptovalyutası olan Bitcoin-in bazar dəyəri 1,265 trilyon dollara yüksəlib. CoinMarketCap-a görə, hazırda Bitcoin-in dominantlığı 53,23% təşkil edir.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
12
Mənbələr
Şərh ()
Bağla