AZ

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Lionel

Bakı, 6 may, AZƏRTAC

ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS-də “Nyu-York Red Bullz”a qarşı keçirilmiş oyunda (6-2) yeni rekordlara imza atıb.

AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu komandasının 6 qolunun hamısının vurulmasında yaxından iştirak edib. Argentinalı forvard bu görüşdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ulduz oyunçu karyerasında heç vaxt bir matçda bu qədər assist etməyib. Forvard buna qədər 7 fərqli qarşılaşmada 5 qolun vurulmasında əsas pay sahibi olub.

O, həmçinin MLS-də bu göstəriciyə çatan ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”nin formasını geyinir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
Mənbələr
Şərh ()
Bağla