AZ

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva dövlət quruculuğunun bütün sahələri kimi, müstəqil dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulmasının da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Akademik G.Baxşəliyeva Heydər Əliyevin Şərq siyasətinin müstəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemlərimizi həll etmək, xalqımızın dünya xalqları arasında özünəlayiq yer tutmasına nail olmaq məqsədi daşıdığını vurğulayıb. O, Azərbaycanın müstəqillik qazandıqdan sonra İslam Konfransı Təşkilatına (indiki İslam Əməkdaşlıq Təşkilatı) üzv olduğunu xatırladıb: “Heydər Əliyev müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, mənəvi dəyərlərimizi, mədəniyyətimizi, ənənələrimizi qoruyub saxlamaq və inkişaf etdirməyi əldə rəhbər tutan bu beynəlxalq təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsilə müsəlman dünyasının haqq işimizdə bizə dəstəyinə nail olmaq prinsiplərini xarici siyasətimizin vacib istiqaməti hesab edərək bu təşkilatın bütün imkanlarından səmərəli istifadə etmək zərurətini vurğulayıb.1993-cü ilin ikinci yarısından başlayaraq bu istiqamətdə görülən işlər sanki yeni nəfəs aldı, təşkilat ilə ölkəmiz arasındakı əlaqələr fəallaşmağa başladı”.

Daha sonra elmi sessiyada “Heydər Əliyevin Azərbaycanın ərəb ölkələri ilə qarşılıqlı münasibətlərində rolu”, “Müstəqillik dövründə Azərbaycanın Yaxın Şərq ölkələri ilə diplomatik münasibətlərinin qurulmasında Heydər Əliyevin rolu” “Azərbaycan və Səudiyyə Ərəbistanı əlaqələrinin qurulmasında Heydər Əliyevin rolu” mövzusunda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla