AZ

“Mercedes” piyadanı vurdu, hadisə yerindən qaçdı - VİDEO

Bakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verib.

Məlumata görə, “Mercedes markalı avtomobil orta yaşlı qadını vuraraq hadisə yerindən qaçıb.

Qəza törədən avtomobil hadisə yerindən qaçarkən 77 XU 302 dövlət nömrə nişanlı “Toyota prius” markalı avtomobillə toqquşub.

Hadisəni törədən avromobilin sürücüsü axtarılır.

Qadın təcil tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Mina Mikayılova

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla