AZ

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Azərbaycanın qida sektorundakı iri inhisarçılardan olan, müxtəlif şəhər və rayonlarda marketlərinin ümumi sayı 300-ü keçən “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi Aydın Talıbovun deputatlıq eşqinə düşməsi haqda yazılıb.

Yerli medianın iddiasına görə, biznesdə müəmmalı və sürətli yüksəlişə nail olmuş Aydın Talıbov qazandıqlarını qorumaq məqsədilə deputat mandatı da əldə etməyə çalışır.

SAVASH.ORG-un məlumatına görə, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin sadiq tərəfdarı olan Aydın Talıbovun yüksəlişində Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun da xüsusi əməyi olub. Görünür, elə bu dəstək və qayğının nəticəsidir ki, o, çox qısa bir müddətdə ölkənin aparıcı oliqarxlarından birinə çevrilməyi bacarıb.

Daha nələri yoxdur? Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, “Veysəloğlu”nun biznes imperatoprluğu. “Araz”, “Oba”, “SPAR” marketlər şəbəkəsi, “Ulduz” şokolad fabriki, Naxçıvanda “Sirab” mineral sular zavodu, “Favorit”, “Xonça”, “AVT Logistics”, cürbəcür KAFE-lər, hətta KİA avtomobillərinin satışı və daha nələr…

Aydın Talıbovun nəhəng biznes şəbəkəsi təkcə ölkə hüdudları ilə məhdudlaşmır. Onun Gürcüstanda “VG” (Veyseloglu Georgia) distribüsiya şirkətləri və Türkiyədə biznes strujturları da mövcuddur.

Vasif Talıbovun icazəsi olmadan Aydın Talıbov Naxçıvanda nəinki SİRAB mineral sular zavodu, heç su köşkü də aça bilməzdi. “Veysəloğlu” Şirkətlər Qrupuna məxsus marketlərdə kiflənmiş pendir, qurdlu şokolad, içindən bolt-qayka çıxan tumlar satılmasından, yaxud “Araz” marketlərində köhnələn, vaxtı keçən qida məhsullarının OBA-da kasıb camaata satılmasından, vitrindəki qiymətlərlə kassadakı qiymətlər arasındakı xeyli fərqdən, Əmək Müfəttişliyinin, Qida Agentliyinin ortaya qoyduğu faktlardan və s bəhs etməyə ehtiyac görmürük. Heç Ramiz Mehdiyevin, Vasif Talıbovun əli ilə “Ulduz” şokolad fabrikini Aydın Talıbovun necə ələ keçirməsinə də toxunmuruq.

Çünki daha ciddi məqam “Veysəloğlu” Şirkətlər Qrupunun Ramiz Mehdiyevin, Vasif Talıbovun şərikli biznes şəbəkəsi olmasıdır. Ancaq Ramiz Mehdiyevin və Vasif Talıbovun “vurulması”ndan sonra Aydın Talıbovun qorunmasını təmin edən əllər də “kəsilmiş” oldu. Odur ki, Aydın Talıbov hazırda rəhbərlik etdiyi subyektlərdə maliyyə və vergi yoxlamalarının reallaşacağından çox qorxur. Çünki bu yoxlamalar onun sonunu gətirə bilər.

Əldə etdiyimiz məlumata görə, Aydın Talıbov bu yoxlamaları önləmək üçün şirkətlər qrupuna başqa rəhbər, qrupda fəaliyyət göstərən şəbəkələrə isə yeni rəhbərlər təyin edib.

Bu və digər ilginc məqamlarla bağlı araşdırmalarımız davam edir.

Orxan HƏSƏNLİ

SAVASH.ORG

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
1
Mənbələr
Şərh ()
Bağla