AZ

İlk dəfə: Baş nazir Bakıya gəlir - DETALLAR

Slovakiyanın baş naziri Robert Fitso Azərbaycana gəlir. 

Ölkə.Az xəbər verir ki, bu barədə Slovakiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Azərbaycan qazının Slovakiyaya mümkün tədarükünü müzakirə ediləcək. 

"Fitso Bakıya səfəri çərçivəsində mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və onunla iqtisadi əməkdaşlığın və ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə edəcək. İclasın mövzusu həm də Azərbaycan qazının Slovakiyaya nəqli imkanları olacaq", - Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Bundan əlavə, strateji tərəfdaşlıq haqqında bəyannamə və müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır. Səfərdə Fitsonu sahibkarlar, iqtisadiyyat, xarici işlər və müdafiə nazirləri müşayiət edəcək. 

Bu, Fitsonun Aİ üzvü olmayan ölkəyə ilk xarici səfəri olacaq.

Fitso daha əvvəl bildirmişdi ki, may ayında Slovakiya nümayəndə heyəti qaz tədarükünün şaxələndirilməsi yollarını öyrənmək üçün Azərbaycana səfər edəcək.

Elvin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla