AZ

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

"Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi bu ölkələrin Rusiyaya müharibə elan etməsinə bənzəyir və qlobal miqyasda fəlakətə gətirib çıxarır".

 

Sfera.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

 

"Öz qoşunlarını keçmiş Ukrayna ərazisinə göndərmək onların birbaşa müharibədə iştirakı demək olacaq. Biz buna cavab verməli olacağıq. Və təəssüf ki, keçmiş Ukrayna ərazisində yox", - o, Telegram kanalında yazıb.

 

“Onlar Kapitoliya təpəsində, Yelisey sarayında və ya Dauninq-strit 10-da gizlənə bilməyəcəklər. Qlobal fəlakət baş verəcək", - Medvedev yekunlaşdırıb.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla