AZ

Vahid Novruzov: “Dayanıqlı iqtisadiyyat şəffaf və ciddi hesabatlılığa söykənir”

“Ölkəmizdə hesabatlılıq, şəffaflıq daha da yüksələcək və bundan sonra da bazar iqtisadiyyatı, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat istiqamətində layiqli nəticələr əldə ediləcək”.

vergiler.az” xəbər verir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov “İllik Mühasiblər Forumu - 2024” platformasındakı çıxışında belə deyib.

Onun sözlərinə görə, dayanıqlı iqtisadiyyatla yaşıl iqtisadiyyatı birləşdirən əsas cəhət, iqtisadi inkişafla yanaşı, sosial və ekoloji inkişafın təmin edilməsinin prioritet olmasıdır: “Artıq bizim maliyyələşdirmə, kreditləşmə sistemimiz yeni konsepsiya əsasında, yaşıl iqtisadiyyatın tələbləri nəzərə alınmaqla qurulmalıdır”.

Dayanıqlı iqtisadiyyatın ciddi, şəffaf hesabatlılığa söykəndiyini vurğulayan V.Novruzov bu sahədə çalışan şəxslərin peşəkarlığının artırılmasına ehtiyac olduğunu deyib: “Yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlar əldə etmək üçün, ilk növbədə, kadr hazırlığı proqramları yenilənməli, müasirləşməlidir. Eyni zamanda, tənzimləyici qurumlarla ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi vacibdir”.

Rəqəmsal iqtisadiyyat və hesabatlılığa dair təkliflərini dövlət qurumlarına təqdim etdiklərini deyən V.Novruzov əlavə edib ki, hazırda dünyada ən aktual problemlərdən biri düzgün, şəffaf uçot və mühasibatlıqla bağlıdır: “Təkmil mühasibatlıq olmadan iqtisadi inkişaf proqnozlarını düzgün müəyyənləşdirmək mümkünsüzdür”.

Fərqanə ALLAHVERDİQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla