AZ

“Borrel buna qarşıdır...” - Avropa İttifaqı Pitinin anriçməsinə qatılmaq istəmir

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozef Borrell Aİ nümayəndələrinin Vladimir Putinin inauqurasiya mərasimində iştirakına qarşıdır.

“AzPoitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Aİ-nin xarici siyasət sözçüsü Peter Stano Brüsseldə keçirdiyi brifinqdə deyib.

Stano qeyd edib ki, Kreml tərəfindən Putinin mayın 7-də baş tutacaq andiçmə mərasiminə göndərilən dəvətlər üzv dövlətlərə və Aİ-nin Moskvadakı nümayəndəliklərinə çatdırılıb: "Biz indi Aİ üzv dövlətləri ilə cavab formasını müzakirə edirik. Biz həmişə xarici siyasətdə mümkün olan hər yerdə koordinasiyalı yanaşmaya malik olmağa çalışırıq... Yekun qərar hələ verilməyib. Lakin mən deyə bilərəm ki, Ali Nümayəndə Jozef Borrell Aİ-nin sabah Moskvada keçiriləcək bu tədbirdə iştirakına qarşıdır”.

Xatırladaq ki, artıq Çexiya, Estoniya və Latviya onların nümayəndələrinin mayın 7-də Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəklərini təsdiq ediblər.

Avropa Parlamenti daha əvvəl Putinin seçkisini pisləyən və onu legitim hesab etməməyə çağıran qətnamə qəbul edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla