AZ

Dünyanın ən bahalı domen adları – SİYAHI, QİYMƏTLƏR

İnternetin ticarət və ünsiyyətdə mühüm rol oynadığı bu gün dünyada ən bahalı domenlər böyük maraq mərkəzinə çevrilib. Veb saytın rəqəmsal kimliyi olan domenlər düzgün seçildikdə brendlər üçün əhəmiyyətli rəqabət üstünlüyü təmin edə bilər.

FED.az xəbər dünyanın 10 ən bahalı domenlərinin qiymətlərini araşdırıb. Ən bahalı domen avtomobillərin alış-satış platforması olan cars.com domendir. Bu domenin dəyəri nə az nə çox 800 milyon dollardır.

FED.az dünyanın ən bahalı domenlərinin siyahısını təqdim edir.

Domenin adı

Qiyməti

Sahibi

1

cars.com

800 milyon dollar

 

2

business.com

345  milyon  dollar

 

3

lasvegas.com

90 milyon dollar

Domeni vegas.com alıb

4

carinsurance.com

49,7  milyon dollar

 

5

insurance.com

35,6 milyon dollar

 

6

vacationrentals.com

35 milyon dollar

“Expedia”nın rəqibinə satılıb

7

privatejet.com

30,18 milyon dollar

 

8

voice.com

30 milyon dollar

Blokçeynlə məşğul olan şirkət alıb

9

internet.com

18 milyon  dollar

 

10

360.com

17 milyon dollar

Çinin kiertəhlükəsizlik şirkətinə satılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla