AZ

“Təpə Nənə” ritualı keçirilib

“Təpə

Qərbi Azərbaycan Əyaləti Xoy rayonu Pirkəndi kəndinin sakinləri hər il may ayında “Təpə Nənə” arxaik ritualını keçirir.

Gunaz.tv

Əski çağlardan qalmış ənənə bu il amyın 3-də keçirilib.

Sənədli film rejisoru azərbaycanlı Məhəmməd Əlimuradi bu barədə çəkiliş edərək yazıb:

“türklərin misli olmayan arxaik rituallarından biri Təpə Nənə ənənəsidir. Bu ritual biz türklərin Şamanizm ritulları ilə əlaqədardır”.

Pirkəndi Güney Azərbaycanın gözəl və xoş iqlimli kəndlərindən biri olmaqla ziyarətgah və tarixi məkanları ilə məşhurdur.

Təpə Nənə həmin ziyarətgahlardan biri olaraq kəndin arxaik təpəsinin zirvəsində yerləşir.

Bölgə əhalisinin inancına görə xeyr işləri ilə məşğul olan bir ağbirçək hər il yazın əvvəlində təpənin yuxarısına qalxıb çoxlu yağış yağaması və kəndlilərin məhsullarının bol olmasına dua edərmiş.

İnanca görə həmin ağbirçək dünyasını dəyişəndən sonra təpənin zirvəsində basdırılıb və həmin gündən Təpə Nənə adı ilə tanınır.

Bu səbəbdən bölgə əhalisi mayın əvvələrində təpənin ətəyində toplaşır. Yağış yağması əkin məhsullarının bol olması üçün dua edib, oynayıb şənlik etməyə başlayır və Azərbaycan türkcəsində folklor şerlər söyləyirlər.

Ritualın özəlliklərindən biri onda kişilərin iştirak haqqının olmaması və sırf qadınlara məxsus olduğudur.

Həmçinin təpənin yuxarısında bitmiş Dilək Ağacı da var. Qadınlar, qızlar diləklərinin gerçəkləşməsi məqsədi ilə Dilək Ağacına parça bağlayırlar.

Təpə Nənə ritualına baxmaq üçün bura tıklayın.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla