AZ

Putin Rusiya hökumətini istefaya GÖNDƏRİR

Rusiya prezidenti Vladimir Putin inauqurasiyadan əvvəl hökumət üzvləri ilə son görüşünü keçirib.

 

Viral.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

 

“Bilirsiniz ki, yaxın gələcəkdə Rusiya Federasiyasının Konstitusiyasına uyğun olaraq, yeni hökumətin formalaşdırılması proseduru baş verəcək və bu müddət ərzində planların həyata keçirilməsinin fəal şəkildə davam etməsini təmin etmək üçün lazım olan hər şeyi etməliyik ki, işimizdə heç bir fasilə olmasın”, – Putin deyib.

 

Mayın 7-də baş tutacaq inauqurasiyadan sonra hökumət istefa verəcək. Kabinet üzvləri əvəzedici statusuna keçəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
Mənbələr
Şərh ()
Bağla