AZ

Münaqişə zamanı dostunu yandırdı

Moskvada çoxmərtəbəli binada iki kişi arasında baş verən dava cinayət işi ilə yekunlaşıb. 

News24.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu rəsmi Telegram kanalında məlumat yayıb.

Məlumata görə, hadisə Samuil Marşak küçəsində baş verib. Ruslar arasında münaqişə yaranıb və bu zaman biri digərinin paltarını alışqanla yandırıb. Paltar alovlanıb və insan tamamilə yanıb. Hadisə yerinə gələn təcilli tibbi yardım briqadası, zərərçəkəni xilas etməyə çalışsalar da, o, aldığı ağır yanıqlardan yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qısa müddətdə şübhəli şəxsi saxlayıblar. Onun 41 yaşlı yerli sakin olduğu üzə çıxıb. Onun barəsində cinayət işi açılıb. Prokurorluq həmin şəxsin məsuliyyətə cəlb edilməsi prosesinə nəzarət edir. İstintaq davaç etdirilir.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla