AZ

Ulu Öndər Heydər Əliyev: Vətən qədər əbədisən - Vətən Naminə

">

Zamanın sınağı qarşısında aciz qalmaq, onun hər ölçüsünə, qəlibinə ruhunu, daxili aləmini sığdırmaq nə qədər ağır və əzabverici olsa da? ikinci bir yol olmayanda insan bu alın yazısı ilə razılaşır. Fərd olaraq kiminsə sınaq qarşısında qalması cəmiyyətin probleminə çevrilməsə də cəmiyyətin  sınaq qarşısında qalması artıq öz sərhədlərini aşır və qlobal bir problemə çevrilir. Demək fərdlərin probleminə biganə qalan cəmiyyət öz gələcək inkişafını sınaqlar qarşısında qoyur.

Saniyənin dəqiqəyə, dəqiqənin saata çevrilməsi vaxt və yaxud tarix yaradır. Vaxtın, zamanın və tarixin sınağının isə bir hədəfi var-insan . Milyon illərdir ki, insanla vaxt, zaman, tarix yola getmir və bu mübarizə dünyanın sonunadək davam edəcək.

Biz azərbaycanlılar tarixin bütün dövrlərində ağır sınaqlar qarşısında qalmışıq. Adımızın böyüklüyü, milli kimliyimizin dünyanın “doğum günü” ilə üst-üstə düşməsi, dünyanın əvvəlindən sonunadək qurdbaşlı bayraqların altında yürüyərək qaranlıqları işığa çıxarmağımız, məzlumlara Tanrı eşqinə sevgi, sayğı göstərməyimiz, ədalət adlanan günəşin bütün canlıların üzərinə düşməsi uğrunda mücadilələrimiz qaraçuxamız yatandan sonra bizə xoşbəxtlik yox, bədbəxtlik gətirdi. Cəsədimizi yandırıb, ruhumuzu belə soymaq istəyənlər məhv olmağımız, tarixdən silinməyimiz üçün əllərindən gələni etdilər.

Tanrıdağdan, Altaydan və Qipçaq çöllərindən əsib gələn yovşan ətirli küləklərin qarşısını dəmir oxlarla, toplarla və bu gün də nüvə ilə, atomla kəsənlər qəsdimizə durub, hər addımda kölgəmizi belə qılıncladılar. Gündoğandan-Günbatana hökm eyləyən Atillanı zəhərlədilər, bütün yollarla, hətta qadınları ilə ruhumuza, qanımıza yol tapdılar, Teymurla-İldırım Bəyazidi, Şah İsmayılla-Sultan Səlim Yavuzu üz-üzə qoydular.  Torpağımızın yox, ruhumuzun “coğrafiyasını” böldülər, xəritəsini parçaladılar. Ancaq onlar – bizim varlığımıza qənim kəsilənlər unutdular ki, bu millət uca Allahın öz hökmü ilə dünyaya qədəm basıb və sevgili peyğəmbərimiz Məhəmməd (s.a.s): “Türklərin dilini öyrənin, çünki onların uzun sürəcək hakimiyyəti vardır” fikirini əbəs yerə deməyib.

Bu gün haqqı, ədaləti başları üzərində bayraq edənlər, “demokratik prinsiplər”i nöqtə və nöqtə beyinlərə yürütmək istəyənlər unudurlar, özü də bilərəkdən unudurlar ki, biz türklər bir millət olaraq görüntü xatirinə, yalançı reklam xatirinə insan hüquqlarını müdafiə etməklə, əksinə onları rəzil gününə salmamışıq. Millət olaraq sınaqlar qarşısında qaldıqda isə müəyyən səbəblərdən gec də olsa toparlanmağı, bir olmağı bacarmışıq.

Çox da uzaq olmayan tariximizin 1918-ci il səhifəsi millətimizin sınaq qarşısında qaldığı illərə təsadüf edir. Lakin hər sınaq bir uğurun, bir bütövlüyə gedən yolun başlanığıcına da çevrilir bəzən. 1918-ci il minlərlə azərbaycanlının böyük bir həsrətlə, sevgi ilə gözlədikləri an idi. O an ki, ondan sonra qadağalar, buxovlar dağıdılır, uçulur, qorxu, hürkü hissi insanlara hakim kəsilmirdi. XX əsrin əvvəllərində Şərqdə ilk cümhuriyyəti, özü də demokratik dəyərlərə söykənən ilk cümhuriyyəti Azərbaycan oğulları canları, qanları bahasına qura bildilər. Min illərin dövlətçilik ənənəsi üzərində qurulan dövlətin əsas dayağı, təməl prinsipləri insana və insanlığa sayğı, sevgi idi. Dövlətin bütün atributlarında keçmişə, soya-kökə, milli kimliyə hörmət, demokratik dəyərlərə sayğı öz əksini tapırdı. İdeoloji dayaqlar möhkəmləndikcə dərin dövlət quruculuğu uğrunda canlarını fəda etmək istəyənlərin də sayı çoxaldı. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və bir çox ziyalılar millətə hürr yaşamağın yolunu və onun haqqı olduğunu anlatdılar.

1920-ci ilin aprel ayından sonra artıq azərbaycanlıların taleyində ən böyük sınaqlar başladı. 1937-ci il represiyaları, sürgünlər tariximizə qara hərflərlə yazıldı. Lakin bütün acınacaqlı dövrlərdə tanrı bu millətə bir xilaskar, bir yardımçı göndərir. Türkiyənin parçalanması ərəfəsində Atatürkün “Ya ölüm, ya olum” deyərək meydana atılması və xristian birliyinə bir millətin son anda belə qanından, canından əziz bildiyi vətən torpağı uğrunda səngərlərdə döyüşərək canından belə keçməyi göstərməsi və onlara türk ruhunun yenilməzliyini sübut etməsi qoca tarixin köksünə əbədi həkk olmuş bir qəhrəmanlıq səlnaməsidir…

Könül Nəbizadə Fəxrəddin qızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
255
Mənbələr
Şərh ()
Bağla