AZ

Ruzanna Məmmədova: “Sanki “müharibə”yə gedirik” - VİDEO

“Bu turnirə çox yüksək səviyyədə hazırlaşmışıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin güləşçisi Ruzanna Məmmədova (62 kq) deyib.

O, İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirinə hazırlığını dəyərləndirib. Məmmədova yarışdan lisenziya ilə qayıdacağına inanır: “Təlim-məşq toplanışımızın artıq sonuna yaxınlaşırıq. Yarışa sayılı günlər qalıb. Bu yarışa aylardır yox, illərdir hazırlaşıram. Uşaqlıqdan arzum bu günə gəlib çatmaq, Olimpiya Təsnifat Turnirində iştirak edərək, Olimpiadaya yollanmaqdır. Biz sanki “müharibə”yə gedirik”.

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12 tarixlərində baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla