AZ

AB VƏ RUSİYANIN SƏRHƏDLƏRİNDƏ MİNLƏRLƏ YÜK MAŞINI YIĞILIB

Minlərlə yük maşını Avropa Birliyi və Rusiya sərhədlərində lazımi rəsmiləşdirmə prosedurlarından keçmək üçün növbələrdə olan ağır yük maşınlarının gözləməsi üç həftəyə çatır.

Tezadlar.az xəbər verir ki, bu barədə Finlandiyanın “Kauppalehti” biznes nəşri məlumat yayıb.

Latviya ilə Rusiya arasında Terekhovo-Buraçki sərhəd-keçid məntəqəsində rekord növbə qeydə alınıb. Mayın 1-də Latviya tərəfində 2000-ə yaxın yük maşını növbədə olub və gün ərzində 100-ə yaxın avtomobil sərhədi keçə bilir. Nəşr qeyd edir ki, bu cür göstəricilərlə gözləmə müddəti üç həftəyə qədər artır.

Qəzet yazır ki, Litva ilə Belarusiya və Litva ilə Rusiya (Kalininqrad) arasındakı sərhəd stansiyaları da çox yüklənir. Belarusun bütün sərhəd keçid məntəqələrində Latviya, Litva və Polşa istiqamətində minə yaxın yük maşınından ibarət növbə yaranıb.

Göstərilir ki, tıxacın əsas səbəbi sərhəd-keçid məntəqələrinin sayının azalmasıdır: Finlandiyada bütün keçid məntəqələri tamamilə bağlanıb, Latviyada Rusiya Federasiyası ilə sərhəddə iki, Litvada Belarusla sərhəddə iki keçid məntəqəsi, Rusiya İvanqoroddakı keçid məntəqəsinin avtomobil hissəsini təmir üçün bağlayıb.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla