AZ

Belçika İsrailə qarşı sanksiyaları artıra bilər

Belçika İsrailə qarşı sanksiyaları artırmağı planlaşdırır.

Demokrat.az
xəbər verir ki, bu barədə Belçikanın baş nazirinin müavini Petra De Sutter “X” platformasından açıqlama verib.

O bildirib ki, fələstinlilərin Rəfah bölgəsindən çıxarılmasına çağırış etmək qırğınlara səbəb olacaq:

“Bu qırğınların qarşısını almaq üçün İsrailə qarşı yeni sanksiyalar üzərində çalışırıq. Hazırki sanksiyaların artırılmasına ehtiyac olduğu aydındır”.

Qeyd edək ki, De Sutter bu yaxınlarda Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşəcək.

Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla