AZ

Azərbaycanda bu futbolçuları gözdən qaçırmaq olmaz - VİDEO

I Liqada aprel ayının ən gözəl qolları müəyyənləşib. “TOP-5”ə kimlər düşüb.

“Zaqatala”dan Rəhman Şabanovun “Karvan”a vurduğu qolu görməyə dəyər.

Həmçinin “İmişli”nin qış fasiləsində “Kəpəz”dən icarəyə götürdüyü Elnur Cəfərovun son dəqiqədə “Mingəçevir”in qapısından keçirdiyi əla zərbəni izləyənlər heyfslənməz.

“Şamaxı”nın yarımmüdafiəçisi Bəhruz Teymurov “İrəvan”la matçda topa ağıllı toxunuşu ilə yadda qalıb.

Siyahıda “Difai”nin 2 futbolçusunu görməkdəyik. Onlardan Bayraməli Qurbanov “İmişli”nin qapıçısını möhtəşəm zərbəylə məyus etməsi yaddaşlardan hələ uzun müddət silinməyəcək.

Müqavilə ilə “Araz-Naxçıvan”a məxsus vinger bu qoluyla niderlandlı canlı futbol əfsanəsi Marko Van Basteni yada salıb.

“Difai”nin kamerunlu hücumçusu Kristian Kamta isə “Şamaxı”nın “çərçivə”sinə yol tapmaqla ondan geri qalmadığını göstərib.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla