AZ

BMT İsraili silah tədarükünü dayandırmağa çağırdı

BMT-nin insan haqları üzrə ekspertləri mülki insanlar arasında itkilərə səbəb olduğundan İsraili silah tədarükünü dayandırmağa çağırıblar.
 

Sfera.az xəbər verir ki, bu barədə "ReliefWeb" humanitar resursu ekspertlərin bəyanatına istinadən məlumat yayıb.
 

“İsrail bütün hərbi fəaliyyətlərini dayandırmalı, ölkələr isə dərhal silah ixracını dayandırmalıdır. Bu dövlətlər artıq silahların günahsız qadınları və uşaqları məhv etmək və onlara zərər vermək üçün istifadə edildiyini görməzlikdən gələ bilməz”, - deyə bəyanatda bildirilir.
 

Ekspertlər həmçinin bildiriblər ki, “Qəzza zolağında bu yaxınlarda aşkar edilmiş kütləvi məzarlarla bağlı təfərrüatlar onları dəhşətə gətirir”.

İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla