AZ

Həvəskarlar liqasında çıxış edən futbolçu milliyə çağırıldı

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa həvəskarlar liqasında çıxış edən 24 yaşlı futbolçu Valter Dominqesi yığma komandaya çağırıb.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, Dominqes “Juventud Soriano” komandasında çıxış edir.

O, bu mövsüm 39 matçda 57 qola imza atıb.

Byelsa 2023-cü ilin may ayından Uruqvay millisindədir. Onun rəhbərliyi altında komanda bütün turnirlərdə 9 oyun keçirib, 6 qələbə qazanıb, 2 məğlubiyyət alıb və 1 dəfə heç-heçə edib.

Uruqvay millisi mayın sonunda 2024-cü il Amerika kubokuna hazırlıq təlim-məşq toplanışı keçirəcək.

Amerika kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla