AZ

Misir İsraillə əlaqə saxlamağa çalışır

Misir Qəzza zolağının cənubundakı Rəfah şəhərindən dinc sakinləri təxliyə etməyə başlayan İsraili təmkinli olmağa və gərginliyin daha da artmasına yol verməməyə çağırır.

 

Oxu24.com xəbər  verir  ki, Misir Xarici İşlər Nazirliyi müvafiq bəyanatla çıxış edib.

 

“Misir İsraildən maksimum təmkin nümayiş etdirməyi və danışıqlar prosesinin belə həssas məqamında vəziyyəti gərginləşdirməməyi tələb edir”, – Misir Xarici İşlər Nazirliyinin mətbuat şərhində deyilir.

 

Xarici İşlər Nazirliyi əlavə edib ki, “İsrailin Rəfahda mümkün hərbi əməliyyatı humanitar sahədə son dərəcə ciddi nəticələrə səbəb olacaq və hazırda şəhərdə olan 1 milyondan çox fələstinlinin həyatına mənfi təsir göstərəcək”.

 

Nazirlik Qahirə "vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün bütün maraqlı tərəflərlə əlaqə saxlamağa" davam edir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla