AZ

Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaq

Karate üzrə Azərbaycan yığma komandası Xorvatiyada Avropa çempionatında mübarizə aparacaq.

"Unikal" Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız yarışın təşkil olunacağı Zadar şəhərinə yola düşüb.

Yığmamız qitə miqyaslı yarışda kumite, kata və para karate növlərində mübarizə aparacaq. Kişilərin yarışında Fərid Savadov (60 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) mükafatlara iddialıdır. Onlar yarışa baş məşqçi Şahin Atamovun rəhbərliyi altında yollanıblar. Komanda yarışlarında ölkəmizin idman şərəfini Firdovsi Fərzəliyev, Rövşən Əliyev, Hüseyn Məmmədli və Nuran Rzazadə qoruyacaqlar.

Qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Şahin Xudaverdiyev isə 4 karateçiyə şans verəcək. Bunlar Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Aysu Əliyeva (61 kq) və Renata Ərəblidir (68 kq). Kata yarışlarında məşqçi İsmayıl Quliyev, Roman Heydərov və Ramilə Heydərovaya güvənib.

Para karate yarışlarında isə məşqçi Rənad Əliyev, Emiliya Mitlinova, Ariana Mitlinova, Nihat Məmmədzadə, Vidadi Xalıqov və Eldar Əhmədova etimad göstərib.

Avropa çempionatında 2 hakimimiz ədaləti qoruyacaq. Bunlar AKF-in Hakimlər Komitəsinin sədri Cahangir Babayev, eləcə də, gənc və yeniyetmə idmançılardan ibarət yığmamızın baş məşqçisi Anar Allahverdiyevdir.

Yığmamız yarışa AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
7
Mənbələr
Şərh ()
Bağla