AZ

Bu şəxslər 8 min manat cərimələnəcək

Bakı. Trend:

Dərman vasitələrinin reseptdə yazılmasında və dərmanvasitələrinin buraxılışında iştirak edən şəxslərin müvafiq olaraqali tibb, ali və ya orta əczaçılıq təhsilinə malik olmaları,həmçinin, təhsilini təsdiq edən sənədin verilmə tarixindən 5 ildənçox keçdiyi təqdirdə sertifikasiya şəhadətnaməsinə malik olmalarınanəzarət ediləcək.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən Trend-in sorğusuna cavabolaraq bildirilib ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadankeçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıqfəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər 800 (səkkiz yüz)manatdan 1000 (min) manatadək məbləğdə, hüquqi şəxslər 6000 (altımin) manatdan 8000 (səkkiz min) manatadək məbləğdə cəriməedilir.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna ediləndəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkibhissələrinin yazılması nəzərdə tutulur. Hazırda “Elektron Resept”(reseptim.az) sisteminə mərhələli şəkildə transformasiya olunduğusəbəbindən həkimlər tərəfindən reseptlər müvəqqəti olaraq həmkağız, həm də elektron qaydada yazılır. Lakin bu il ərzində busistemə mərhələli keçid başa çatdıqdan sonra reseptlər yalnızelektron qaydada yazılacaq.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
10
Mənbələr
Şərh ()
Bağla