AZ

Dövlət Duması aliment ödəməyənlərin reyestri haqqında qanun qəbul edib

...Dövlət Duması aliment ödəməyənlərin reyestrinin yaradılması haqqında qanunu üçüncü oxunuşda qəbul edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Rusiya parlamentinin rəsmi saytında yer alıb.

Siyahıya yetkinlik yaşına çatmayan və yetkinlik yaşına çatmış, lakin səhhətində problem olan, o cümlədən fəaliyyət qabiliyyəti olmayan uşaqların saxlanması üçün maliyyə vəsaitinin ödənilməməsinə görə inzibati eləcə də cinayət məsuliyyətinə cəlb olunanlar daxil ediləcək.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodininsözlərinə görə, bu qanun layihəsi “uşaqların maraqlarını qorumaq” məqsədi daşıyır.

Deputat əmindir ki, atalar keçmiş həyat yoldaşları ilə münasibətlərində ciddi problemlər olsa belə, övladlarına kömək etməlidirlər.

Reyestrə daxil edilərsə, borclu 24 saat ərzində bildiriş alacaq. Siyahıdakı məlumatlar borc tam ödənilənə qədər ictimaiyyətə açıq olacaq.

Federal Məhkəmə İcraçıları Xidməti öz növbəsində, Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondu ilə birlikdə qanun pozucularına nəzarət edəcəkdir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla