AZ

Qeyri-adi müalicə üsulu: “quru dalış” –FOTOLAR

Bura gələn xəstələrdən bəziləri eşitmə qabiliyyətini geri qazanıb, bəziləri isə ağrılarından xilas olub.

Medicina.az İHA-ya istinadən xəbər verir ki, söhbət “Hiperbar Oksigen Müalicəsi”nin tətbiq edildiyi Əskişəhər Yunus Əmrə Dövlət Xəstəxanasından gedir.

Burada xəstə qruplarına dənizin 14 metr altındakına bərabər təzyiq tətbiq edilir və eyni zamanda 100 faiz oksigen verilir.

Buraya xroniki yaraları, şüa terapiyasından sonra bədənində yaralar yaranan, ani eşitmə və görmə itkisi yaşayan, xroniki ağrılardan əziyyət çəkən xəstələr gəlirlər. Tətbiq edilən hər biri 2 saat olmaqla, ümumilikdə 30 seanslıq müalicə indiyədək yüzlərlə insanın sağlamlığına qovuşmasına səbəb olub.

Bu üsulla Türkiyənin müxtəlif əyalətlərindən olan xəstələr müalicə olunur. 12 nəfərlik qruplar halında müalicə alan xəstələr üçün dənizin 14 metr aşağısındakı vəziyyət kapsulda, “quru dalış” mühitində yaradılır.

Dr. Selahattin Çakıroğlu tələbatın yüksək olduğunu, tələbləri daha asan qarşılamaq üçün gündə 3 fərqli seans həyata keçirdiklərini, müalicənin qarşıdakı dövrdə daha çox xəstəyə kömək edə bilməsi üçün işlərə başlanıldığını bildirib.

Oynaq ağrılarından əziyyət çəkən 46 yaşlı vəkil Gürkan Çalışkan bu mülaicədən sonra ağrılarının azaldığını bildirib.

“Məndə avaskulyar nekroz var. Əzələlərim və sümüklərimlə bağlı problemlərim var. Burada ağrılarım azaldı. 14 seansdır gəlirəm, daha 16 seansım var. Hərəkət məhdudiyyətlərim azalıb. Qasığımda və ombamda ciddi ağrılar var idi. İndi daha yaxşıyam. Seans zamanı təzyiqə görə ovucumuz, üzümüz qızarır. Bu, Qaz dağlarında nəfəs almaq kimidir”, - deyə pasient bildirib.


Aysel



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla