AZ

Heyvanlarla bağlı yeni qanun hazırlanır — Şiddət halları azalacaq?

 “Heyvanlarla məsuliyyətli davranış haqqında” Qanun layihəsi hazırlanır. Qanunun məqsədi heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə qanunvericilik sistemində təkmilləşdirmələr etməkdir. Layihədə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi nəzərdə tutulur. Bəs, qanuni addımlar heyvanlara qarşı qəddarlıq hallarının azaldılmasında nə dərəcədə effektivdir?

Sosioloq Elçin Bayramlının fikrincə, cəmiyyətin mədəni səviyyəsi canlılara münasibəti ilə ölçülür. O, Demokrat.az-a açıqlamasında deyib ki, heyvanlara qarşı münasibətdə tez-tez neqativ halların şahidi oluruq, bu, təəssüfedici haldır:


“Heyvanlara qarşı aqressivlik, vəhşilik, zorakılıq yolverilməzdir. Bu baxımdan belə bir qanunun olması çox vacibdir. Qanunun mənfi halları aradan qaldırmasına gəlincə isə bu artıq onun icra mexanizmindən asılıdır. Qanunda sərt cəzalar nəzərdə tutulsa, çəkindirici təsiri olacaq, insanlar belə hallara yol verməməyə çalışacaqlar. Dünyanın bir çox ölkəsində heyvanlara sərt münasibətə görə cəzalar var. Ona görə də belə ölkələrdə heyvanlara qarşı şiddət hallarına çox rast gəlinmir. 

İnsanlarda humanizm, ləyaqət hissləri olmalıdır. Amma bu hisslərin olmadığı insanlara qarşı artıq qanun işə düşməlidir. Əsas məsələ isə qanunun necə tətbiq ediləcəyi və ona nəzarət mexanizminin necə həyata keçiriləcəyi olacaq”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla