AZ

Özəl klinikalar və apteklər yoxlanılacaqVİDEO

Özəl klinikalarda və apteklərdə yoxlamalar aparılacaq.

Xezerxeber.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin tibb üzrə mütəxəssisi Elvin Nağıyev bildirib ki, Reseptlərdə dərman adının deyil, tərkib hissələrinin yazılması ilə bağlı qaydalara əməl olunmasına dair özəl klinikalarda və apteklərdə aparılan plan üzrə və plandankənar yoxlamalar zamanı nəzarət həyata keçiriləcək.

Yoxlama vaxtı mərkəzin əməkdaşlarına həkim tərəfindən yazılan və aptekdə əczaçı tərəfindən buraxılan reseptləri görmək hüququ veriləcək.

Mərkəzin mütəxəssisi bildirib ki, proses elektron sistem vasitəsilə də nəzarətdə saxalanılacaq. Onun sözlərinə görə, elektron resept sisteminə keçid mərhələli şəkildə olduğuna görə yoxlamalar hissə-hissə aparılacaq.

Mütəxəssis onu da əlavə edib ki, yoxlamalar ölkə ərazisində fəaliyyət göstərən bütün aptek və özəl tibb müəssislərini əhatə edəcək.

Qeyd edək ki, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur. Hazırda "Elektron resept" sisteminə mərhələli şəkildə transformasiya olunduğu səbəbindən həkimlər tərəfindən reseptlər müvəqqəti olaraq həm kağız, həm də elektron qaydada yazılır. Lakin bu il ərzində sözügedən sistemə mərhələli keçid başa çatdıqdan sonra reseptlər yalnız elektron qaydada yazılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla