AZ

“Neftçi”nin keçmiş direktoru “Qarabağ” önündə biabırçılığa dözmədi

“Neftçi” növbəti dəfə biabırçı hesabla məğlub oldu.

Cari mövümdə Premyer Liqa və Azərbaycan kuboku oyunları daxil “Qarabağ”la altı dəfə qarşılaşıb bütün hallarda meydanı məğlub tərk edən “ağ-qaralar” şənbə günü əzəli rəqibindən 5 cavabsız “top yedi”.

Ölkənin ən köklü komandası cari mövsümdə əldə etdiyi nəticələrlə azarkeşlərin, eləcə də, futbol ictimaiyyətinin qınağına tuş gəlməkdədir.

2010-2013-cü illər aralığında “Neftçi”nin “qızıl dövrü”ndə klubda idman direktoru postunu tutmuş Güloğlan Cabbarov da hazırkı durumdan narahatdır.

O, sosial şəbəkə hesabında paylaşım edərək hazırkı klub rəhbərliyinə səslənib:

“Neftçi” 0-5-in hesabatını verməlidir. Həm mətbuata, həm də azarkeşlərə.

Bu qədər büdcə ilə “Sumqayıt” qədər iradə və əzmkarlıq göstərə bilmirsinizsə, kişiliyiniz olsun, çıxın, istefa verin!”

Bakılılar 33 turdan sonra topladığı 50 xalla turnir cədvəlinin 3-cü (?) pilləsində qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla