AZ

Müller: “Bizi “Real”la bərabər oyun gözləyir”

“Bayern”in veteran hücumçusu Tomas Müller Çempionlar Liqasının yarımfinalında “Real”la qarşıdakı cavab oyunu ilə bağlı söhbət açıb.

Arena.az “Bayern”in rəsmi saytına istinadən, alman futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Real” çox təhlükəlidir, amma onlarla oynamaq olar. Bu, bıçağın iti ucunda bərabər bir oyun olacaq. Futbolda çoxu soyuqqanlılığın və imkanları gerçəkləşdirməyin payına düşür.

İmkanları əldən versən, itirərsən. Əgər imkanını gerçəkləşdirsən, qazanırsan. Bu, sadədir”, deyə Müller bildirib.

Xatırladaq ki, komandalar arasında Münhendə keçirilmiş ilk oyunda 2:2 hesablı məhsuldar heç-heçə qeydə alınıb.

Cavab oyunu mayın 8-də Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla