AZ

DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ

Türkiyənin Samsun şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Busaat.az Musavat.com-a istinadla xəbər verir ki, Samsunda orta məktəb müəllimi işləyən 43 yaşlı Səadət Ç. boşanma prosesində olan əri 48 yaşlı Adem Ç. tərəfindən öldürüldü.

19 cinayət qeydi olduğu aşkarlanan qatil ər polis tərəfindən saxlanılıb. Hadisədən sonra Adem Çay cinayət silahı ilə mühafizəçilər tərəfindən yaxalanıb.

Hadisə dünən gecə saatlarında baş verib. İki uşaq anası olan və orta məktəbdə ingilis dili müəllimi işləyən Səadət Ç. əri tərəfindən evində silahla sinəsindən güllələnib.

Ekspertizadan sonra qadının cəsədi yarılma üçün Samsun Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
8
Mənbələr
Şərh ()
Bağla