AZ

“Neftçi” legioneri ilə yollarını ayıracaq

“Neftçi” yayda bir neçə futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az-a verilən məlumata görə, “ağ-qaralar”ın yollarını ayıracağı futbolçulardan biri də Dieqo Valdez ola bilər.

Belə ki, etimadı doğrultmadığı üçün paraqvaylı futbolçu ilə işbirliyinə davam edilməyəcəyi gözlənilir.

30 yaşlı yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

“Ağ-qaralar” onunla müqavilə müddətini artırmaq hüququna malik olsa da, Valdezlə yola davam etmək planlaşdırılmır.

Qeyd edək ki, Valdez “Neftçi”dən qabaq “San Luis”(Meksika), “Sol de Amerika”, “Quarani”, “Quayrena”(hamısı Paraqvay) komandalarında oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla