AZ

Nazirlik 636 min manatlıq banket xidməti alır

İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi “Baku Holiday” şirkəti ilə 636 365,74 manatlıq satınalma müqaviləsi imzalayacaq. 

Valyuta.az xəbər verir ki, şirkət qurumun banket və iaşə xidmətlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Tenderin şərtlərindən məluma olur ki, işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlb edilməsi ilə bağlı tədbir keçiriləcək. Banket və iaşə xidmətləri də bunun üçündür.

“Baku Holiday” MMC 8 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 95, mənzil 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Ramil Nurəddin oğludur.

Ramil Rzayev həm də “Baku Holiday Travel” MMC-nin qanuni təmsilçisidir. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla